Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bol məhsul almaq istəyirsinizsə, tələsin!

© Sputnik / Ilham MustafayevAşağı Quşçu kəndindən olan gənc təsərrüfatçı Şəhriyar Məmmədov
Aşağı Quşçu kəndindən olan gənc təsərrüfatçı Şəhriyar Məmmədov - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Son vaxtlar bağçılıq sahəsinə marağın artdığından calaq ting alıcılarının da çoxdur.
BAKI, 28 dekabr — Sputnik. Hər bir bağ sahibi əkib becərdiyi meyvə ağaclarının bol məhsul verməsini istəyir. Bunun üçün onlar aqrotexniki qulluqla bərabər ağac növlərinin yenilənməsinə, yəni calaq olunmasına da maraq göstərir. Bu, meyvə bağlarının yenilənməsi, onların məhsuldarlığının yüksəlməsi üçün lazımdır. Qərb bölgəsində də fermerlər bağlarda meyvə ağaclarının calaq edilməsinə maraqlıdırlar.
© Sputnik / Ilham MustafayevAşağı Quşçu kəndindən olan gənc təsərrüfatçı Şəhriyar Məmmədov
Aşağı Quşçu kəndindən olan gənc təsərrüfatçı Şəhriyar Məmmədov - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Aşağı Quşçu kəndindən olan gənc təsərrüfatçı Şəhriyar Məmmədov
Tovuzlu fermerlər hazırda heç bir bağbanın bağında cır meyvə əkmədiyini deyirlər. Çünki çəkilən əziyyətlərə baxmayaraq, bu ağaclardan lazımi məhsul toplamaq müşkül olur. Sputnik Azərbaycan-ın bölgə müxbiri rayonun əsas ting tədarükçüsü olan Aşağı Quşçu kəndindən olan gənc təsərrüfatçı Şəhriyar Məmmədovun bağında olaraq tingçiliklə bağlı vəziyyətlə maraqlanıb. Bağban hazırda calaq işinin qurtardığını və ağac əkininin qızğın dövrünün olduğunu bildirib. O, bu dövrdə əkilən ağacların daha məhsuldar olduğunu söyləyib:

“Calaq işi vaxtında aparılmalıdır. Payıza qədər calaq işini qurtarıb noyabrın 15-dən yanvar ayına qədər ağacı basdırmaq daha məqsədəuyğundur. Belə olanda ağac daha tez bitir və inkişafı daha yaxşı olur. Ona görə də calağı tutmuş ağacları indi satışa çıxarırıq. Hər il minlərlə albalı, gilas, alça, gavalı, ərik, şaftalı və digər meyvələrin ağaclarını yetişdirib satırıq. Yaxşı məhsul götürmək istəyən bağbanlar tingləri bu zaman torpağa vurmağa üstünlük verirlər”, - deyə məlumat verib.

© Sputnik / Ilham MustafayevAşağı Quşçu kəndində
Aşağı Quşçu kəndindən olan gənc təsərrüfatçı Şəhriyar Məmmədov - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Aşağı Quşçu kəndində
Fermer son vaxtlar bağçılıq sahəsinə marağın artdığından calaq ting alıcılarının da çox olduğunu bildirib. Onun sözlərinə görə, calaq bağlarında ilk iş hər bir meyvənin cır toxumunun səpilməsi ilə başlanır. Daha sonra calaq vurulur, qulluq edilir, müəyyən vaxtdan sonra isə satışa çıxarılır:

"Calaq iki mövsümdə olur. Birinə yaz, digərinə yay calağı deyirlər. Yaz calağı mart-aprel aylarının axırına kimi, əsasən üzüm tinglərində olur. Yayda isə alma, armud calanır. Bu vaxt isə torpağa vurulur", - deyə təsərrüfatçı bildirib.

Son illər calaq ağaclarına maraq artdığından mövsüm vaxtı belə bağlardan 1000-2000 ədəd ağac satılır. O ki qaldı calaqlı ağacın satış qiymətinə fermerlər əsasən tingin neçə illik olmasından asılı olaraq onların 3-4 manatdan satışını həyata keçirir. Lakin bahalı ağaclar da var. Məsələn “cır tut”un calağı alıcılara 20 manata təklif olunur.
Həmçinin oxuyun:
Rusiya bəzi ölkələrdən meyvə idxalına qadağa qoydu - Bizim bazarımız genişlənirmi?
Rusiyaya pomidor ixrac edən müəssisələrin sayı artdı
Pomidor "baron"larına şad xəbər: Daha Rusiyadan icazə almağa gərək qalmadı
Rusiya buğdanın bir tonunu 315 dollara ixrac edir
Cəlilabadda payızlıq əkilən kartofun məhsuldarlığı boldur
Xəbər lenti
0