Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yeni il gəlməmiş daha bir yolka yandı

© REUTERS / Benoit TessierYeni il yolkası, arxiv şəkli
Yeni il yolkası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Ötən həftə "Park Bulvar" Ticarət Mərkəzinin yaxınlığında da Yeni il yolkası yanmışdı.
BAKI, 27 dekabr — Sputnik. Bərdənin mərkəzi küçəsində quraşdırılan yolka yanıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə gecə yarısı Bərdə rayon icra hakimiyyəti binasının yaxınlığında baş verib.
Yeni il münasibətilə quraşdırılan şam ağacının yandığını görən şəhər sakinləri Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.
Yanğınsöndürənlər alov başqa yanğınlara səbəb olmadan onun qarşısını alıb. Yanğının başvermə səbəbi araşdırılır.
Xatırladaq ki, buna bənzər hadisə ötən həftə "Park Bulvar" Ticarət Mərkəzinin yaxınlığında qeydə alınmışdı.
Xəbər lenti
0