DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT Qəddafinin oğlunun Liviya prezidentliyinə namizədliyinə hörmətlə yanaşılmasını istəyir

© Photo : Twitter / Azerbaijan UNЛоготип ООН в зале заседания, фото из архива
Логотип ООН в зале заседания, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
BMT baş katibinin xüsusi müşaviri deyib ki, Liviyanın suveren hüququna və Liviyanın məhkəmə sisteminin müstəqilliyinə istisnasız olaraq hamı tərəfindən hörmət edilməlidir.
BAKI, 26 dekabr - Sputnik. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın prezident seçkilərində iştirakına icazə verilməsi ilə bağlı qərar yalnız Liviya və onun məhkəmə sisteminin işidir.
Bu barədə Liviyanın Afrigate xəbər portalı BMT baş katibinin Liviya üzrə xüsusi müşaviri Stefani Uilyamsa istinadən məlumat verib.
Stefani Uilyams deyib:

“Seif əl-İslam Qəddafinin prezidentliyə namizəd kimi iştirakı ilə bağlı qərar yalnız Liviya məsələsidir".

O əlavə edib ki, namizədlərin həm prezident, həm də parlament seçkilərində iştirakının legitimliyi ilə bağlı qərar Liviyanın suveren məsələsidir və Liviya məhkəmə sisteminin səlahiyyətlərinə aiddir.
BMT baş katibinin xüsusi müşaviri vurğulayıb ki, Liviyanın suveren hüququna və Liviyanın məhkəmə sisteminin müstəqilliyinə istisnasız olaraq hamı tərəfindən hörmət edilməlidir.
Dekabrın 22-də Liviya Ali Seçki Komissiyası dekabrın 24-nə təyin edilmiş seçkilərin təxirə salındığını rəsmən elan edib. Yeni prezident seçkilərinin birinci turunun 2022-ci il yanvarın 24-də keçirilməsini tövsiyə edilib.
APA xəbər verir ki, Liviya Ali Seçki Komitəsinin qeydinə görə, ölkədə parlament və prezident seçkilərinin yeni şərtləri ilə bağlı yekun qərarı Liviya Nümayəndələr Palatası (parlament) verməlidir.
Xəbər lenti
0