Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya heç vaxt kiməsə birinci hücum etməyib - Peskov

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidПресс-секретарь президента РФ Дмитрий Песков
Пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd etmişdi ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməyə kömək etmək imkanı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.
BAKI, 25 dekabr - Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya heç vaxt kiməsə ilk hücum etməyib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Rusiya Federasiyası öz addımlarınının nəticələrini hesablayırmı sualına belə cavab verərkən deyib.
Qeyd edək ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “təcavüzkar hərəkətləri” ilə bağlı ittihamlarını rədd edərək, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bəyan edib, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar isə Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd etmişdi ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməyə kömək etmək imkanı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.
Eyni zamanda, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında guya “aqressiv hərəkətləri”nin güclənməsindən narahat olduqlarını bildiriblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya öz ərazisi daxilində və öz mülahizəsinə uyğun olaraq qoşunların yerini dəyişir.
Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.
Həmçinin oxuyun:
Təhlükəsizliyə dair Rusiya-NATO danışıqlarının əsas mövzuları açıqlanıb
Mariya Zaxarovadan növbəti "3+3" açıqlaması
"5+3": Azərbaycana daha bir platforma təklif edildi
Rusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdi
Putindən mətbuat konfransında Çinə xüsusi jest
Xəbər lenti
0