Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yer altında yatan tariximiz: Aeroportun inşası zamanı nələr aşkar edilib?

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidFüzuli Hava Limanının inşası, arxiv şəkli
Füzuli Hava Limanının inşası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Muzey direktoru: Tapılan əşyalar arasında xəncər var ki, bunun eramızın I minilliyinə aid olduğu artıq öz təsdiqini tapıb.
BAKI, 24 dekabr — Sputnik. Hazırda istifadədə olan Füzuli hava limanının inşası zamanı qədim tarixə malik maddi mədəniyyət nümunələri aşkarlanıb. Buradan tapılan eramızın I minilliyinə aid tarixi əşyalar Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Bunu Füzuli rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

“Azərbaycanın hansı daşını qaldırırsan orada bir tarix yatır. Füzuli rayonunda da həmçinin. Əgər bu gün arxeoloq kimi yox, əliyalın Füzuli rayonunun ərazisini gəzsən, Azərbaycana aid, bizim millətə məxsus olan tapılan tarixi əşyalarla bir neçə muzeyi doldurmaq olar. Təbii ki, bütün bunlar ərazidə aparılacaq arxeoloji qazıntılardan sonra təsdiqini tapa bilər”.

O bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən Füzuli rayonunun ərazisində dərhal quruculuq işləri başlayıb. Bu quruculuq işlərində yerin altında təkcə minalar, silah-sursat yox, həm də muzey əhəmiyyətli tarixi əşyalara da rast gəlinib ki, hazırda həmin əşyalar Füzuli rayonunun Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Tapıntılar arasında eramızın I minilliyinə aid əşyalar da var. Elçin Əsədov deyib ki, həmin tapıntılar əsasən Əhmədbəyli-Şuşa avtomobil yolunun çəkilişi və Füzuli Hava Limanının inşası zamanı aşkarlanıb.
© Sputnik / Emin AlisahibFüzuli tarix diyarşünaslıq muzeyində eksponatlar
Füzuli tarix diyarşünaslıq muzeyi - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Füzuli tarix diyarşünaslıq muzeyində eksponatlar

“Eyni zamanda Şuşaya elektrik enerjisinin verilməsi ilə bağlı dirəklərin basdırıldığı ərazilərdə tarixi əhəmiyyətli muzey əşyaları aşkarlanıb. Həmin tarixi tapıntılar orada çalışan işçilər, fəhlələr, mühəndislər tərəfindən vaxtaşırı olaraq bizə təhvil verilib. Artıq biz həmin tapıntılarla bağlı xüsusi guşə də ayırmışıq. Bu proses hələ də davam edir. Tapılmış əşyalar muzeyə təqdim olunur və muzeydə də onlar qeydiyyata alınaraq dövlət mühafizəsinə qəbul olunur”.

Muzeydə olarkən onun da şahidi oluruq ki, tapılan əşyaların əksəriyyəti məişət əşyalarıdır. Mis məmulatlarından düzəldilmiş əşyalar isə üstünlük təşkil edir. Bunlar arasında qədim kasa, sini, badya, kəfgir və digərlərinin adını sadalamaq olar. Elçin Əsədov deyir ki, aparılan quruculuq və abadlıq işləri zamanı elə tarixi faktlara rast gəlinib ki, bu hətta onların özləri üçün də təəccüb doğurub.
“Bəzən quruculuq işləri zamanı dərin qatları qazdıqda oradan küplər, durna çırağı, xəncərlər çıxırdı ki, bunlar da müxtəlif dövrləri əhatə edir. Ən yeni tarixə məxsus əşyalar əsasən mis məmulatlarıdır ki, bunlar XX əsrin əvvəllərində burada yaşayış olduğunu bir daha sübuta yetirir. Həmçinin, həmin dövrə aid məişət əşyaları da aşkarlanaraq muzeyimizə təhvil verilib”.
© Sputnik / Emin AlisahibFüzuli rayon tarix diyarşünaslıq muzeyinin direktoru Elçin Əsədov
Füzuli rayon tarix diyarşünaslıq muzeyinin direktoru Elçin Əsədov  - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Füzuli rayon tarix diyarşünaslıq muzeyinin direktoru Elçin Əsədov
Müsahibimizlə söhbət zamanı onu da öyrənirik ki, son vaxtlar rast gəlinən tarixi faktlar arasında eramızın I minilliyinə aid olan əşyalara, həmçinin orta əsr nümunələrinə də rast gəlmək mümkündür.

“Tapılan əşyalar arasında xəncər var ki, bunun eramızın I minilliyinə aid olduğu artıq öz təsdiqini tapıb. Bununla yanaşı, orta əsrlər dövrünə aid olan tarixi tapıntılar da var. Məsələn, hazırda muzeydə saxladığımız durna çırağı orta əsrlərə aiddir. Buradakı küplər də orta əsrlər dövrünü əhatə edir. Ən qədim əşyalara isə Şuşa şəhərində rast gəlinib. Bu tarixi əşyalar da hazırda muzeyimizdə sərgilənir”.

Muzeyin rəhbəri bildirir ki, hazırda burada sərgilənən əşyalar ilkin tapıntılardır. O, aşkarlanan faktlarla bağlı Füzuli rayonunda arxeoloji qazıntıların aparılacağını da istisna etmir.
“Bu əşyalar ilkin tapıntılardır. Burada genişmiqyaslı arxeoloji qazıntılar aparılacaq. Gələcəkdə planlaşdırılır ki, işğaldan azad edilmiş rayonlarda yeni muzeylər yaradılsın, azərbaycanlıların bu və bu kimi qədim tarixini özündə əks etdirən əşyalar həmin muzeylərdə sərgilənsin. Hazırda muzeydə sərgilənən tarixi əşyalar rayona üz tutan xarici qonaqların, eləcə də yerli sakinlərin böyük marağına səbəb olub. Həmsöhbətimiz bildirir ki, xarici qonaqlar ən çox işğaldan azad edilmiş rayonlardan tapılan əşyalara maraq göstərirlər”.
© Sputnik / Emin AlisahibFüzuli tarix diyarşünaslıq muzeyində eksponatlar
Füzuli tarix diyarşünaslıq muzeyi - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Füzuli tarix diyarşünaslıq muzeyində eksponatlar
“Bura gələn qonaqlara bildirirlər ki, işğaldan azad edilən ərazilərin qədim tarixi Azərbaycan xalqının tarixi-keçmişini özündə əks etdirir və hazırda muzeylərdə olan bu əşyalar bizim dədə-baba torpaqlarımızdan tapılıb. Gələcəkdə Füzuli, Cəbrayıl, Zəngilan və digər işğaldan azad edilmiş torpaqlarda insanlar öz yurdlarına köçdükdən sonra çoxlu əşyalar tapılaraq, yaradılacaq olan muzeylərin ekspozisiyasını dolduracaq və bu kimi tarixi muzeylərin sayını artıracaq”.
Hazırda işğaldan azad edilən torpaqlarımızda ermənilər nə qədər tarixi abidələrimizi məhv etməyə çalışıblarsa da, onlar bir faktı unudublar ki, bu yerlər bizim ata-baba yurdumuzdur. Buradakı hər daş, hər qaya, hər addımda ayaq basdığımız torpaq bizim tarixən bu yerlərin sahibi olduğumuzu bir daha sübuta yetirir. Axı bu müqəddəs torpaqların hər qatında bizim tarixi keçmişimizi özündə əks etdirən çuxurlar var. O çuxurlar ki, bizim qədim tariximizlə yoğurulub. Bu tarix bizə, Azərbaycan xalqına məxsusdur və illər yox, əsrlər ötsə də bu faktı danmağa və gizlətməyə heç kəsin gücü yetməz. Elə Füzuli rayonunda da hər addımda rast gəlinən tarixi keçmişimizin qalıqları bunu bir daha sübuta yetirir...
Həmçinin oxuyun:
Arxeoloqlarımız ermənilərin daha bir saxtakarlığını ifşa etdi
Azərbaycanda həyətyanı sahədə arxeoloji tədqiqat: abidə tək alban kilsəsindən ibarət deyil
"Ən yaxşı turistik kənd" adı uğrunda mübarizədə Azərbaycandan bir namizəd var
Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı
Xaçmazda tarixi araşdırmanı "dondurublar": jurnalist səfirdən cavab gözləyir
Razin dağı və mağara - Burada Bakıya aid bir tarix gizlənir
Lələtəpə Neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkar edilib
Qaraçinar qədim yaşayış məskəni - ölkədə ikinci bu cür ərazi yoxdur
Xəbər lenti
0