Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan sərhədçilərindən prezidentə kreativ təbrik - VİDEO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Sərhədçilər Azərbaycan bayrağının rənglərindən, işıq effüktlərindən istifadə edərək Prezidenti təbrik ediblər.
BAKI, 24 dekabr — Sputnik. Azərbaycan Dövlət Sərhəd Xidməti ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi ilə bağlı kreativ təbrik hazırlayıb.
Sputnik Azərbaycan bildirir ki, dronlarla çəkilmiş videoda sərhədçilər Azərbaycan bayrağının rənglərindən, işıq effüktlərindən istifadə edərək Prezidenti təbrik ediblər.
Məlumat üçün bildirək ki, Ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Eləcə də oxuyun:
* Vladimir Putin Azərbaycan Prezidentinə zəng vurub
* Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib
* Zəfərimizin memarı – Prezident İlham Əliyevin 60 yaşı tamam olur
* Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlir
* İlham Əliyevə eksklüziv yubiley təbriki – Rusiyadan video
Xəbər lenti
0