Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vətəndaşlarla kobud davranan polis rəisi vəzifəsindən azad edildi

© Sputnik / Murad OrujovBakıda polis əməkdaşı, arxiv şəkli
Bakıda polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.
BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda polis rəisi nöqsanlara görə işdən çıxarılıb. Sputnik Azərbaycan DİN-ə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.
Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.
Xatırladaq ki, bir neçə ay əvvəl Vilayət Eyvazov Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyevi vəzifəsindən azad edərək sərəncama götürüb. Buna səbəb M.Quliyevin rayon ərazisindəki restoranda keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması faktına göz yumması olub. Araşdırma zamanı müəyyən edilib ki, onun həmin restoran sahibi ilə yaxın münasibətləri olub.
Bundan başqa Vilayət Eyvazovun əmri ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.
Onlar da rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.
Xəbər lenti
0