Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya silahları: çəkisi ağır olan "Altius" havaya asanca qalxır

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçid"Altius" kəşfiyyat-zərbə endirən pilotsuz təyyarəsi
Altius kəşfiyyat-zərbə endirən pilotsuz təyyarəsi - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Əgər uzun müddətli uçuş zamanı əməliyyat vəziyyəti və prioritet hədəflər dəyişərsə, bazadan minlərlə kilometr məsafədə peyk rabitə kanalı vasitəsilə dronun idarə edilməsi mümkündür.
BAKI, 23 dekabr — Sputnik. "Altius" pilotsuz kəşfiyyat-zərbə təyyarəsinin sınaqlarının başa çatması o deməkdir ki, əla texnoloji potensiala malik olan Rusiya ağır "uzaq məsafəli" dronlar istehsalçısı olan bir neçə ölkə sırasına inamla daxil olub və gələcəkdə səmada və beynəlxalq bazarda pilotsuz üstünlük vəd edir.
Rusiya müdafiə naziri Sergey Şoyqu dekabrın 21-də bildirib:
"Uzunmüddətli uçuşa malik olan "Altius-RU" pilotsuz təyyarənin sınaqları başa çatıb. Bu, Rusiya və dünya üçün əlamətdar hadisədir. Xatırladaq ki, "ağır zərbə endirən dronlar klubu"nda yalnız ABŞ (MQ-9 Reaper), İsrail (IAI Eitan) və Türkiyə (Bayraktar Akıncı) iştirak edirdi. Gələcəyin "çoxölçülü" əməliyyatlarında bu cür maşınlar pilotlu təyyarələr, yerüstü və kosmik hədəf təyinetmə vasitələri ilə inteqrasiyada döyüş əməliyyatlarının gedişatını və nəticəsini müəyyən edə biləcəklər".
Pilotsuz "Altius-RU" zərbə təyyarəsi bir sıra möhtəşəm xüsusiyyətlərə malikdir. Əsas odur ki, avtonom olaraq qərar qəbul etməyə, marşrutlar qurmağa, hədəfləri müəyyənləşdirməyə və onlara zərbə endirməyə imkan verən süni intellektə malikdir. Dünyada bunun analoqu yoxdur.
Təsirli döyüş radiusu - 5000 km-ə qədər - düşmənin cəbhə arxasında (strateji) 1000 kq faydalı yükdən istifadə etməyə imkan verir. "Altius" onun üçün xüsusi hazırlanmış raket-bomba silahları xəttinə, 250 km/saat kreyser sürətinə, radara görünməni azaldan və maneələrə qarşı yüksək davamlılığı təmin edən "SP-2" ətalət naviqasiya sisteminə malikdir.
Əgər uzun müddətli uçuş zamanı (48 saata qədər) əməliyyat vəziyyəti və prioritet hədəflər dəyişərsə, bazadan minlərlə kilometr məsafədə peyk rabitə kanalı vasitəsilə dronun idarə edilməsi (tapşırıqların düzəldilməsi, hədəf təyinatının ötürülməsi) mümkündür.
Orta hündürlükdə olan (tavan - 14 000 m) ağır pilotsuz təyyarə (çəkisi - 6 ton, qanadları - 28,5 m, uzunluğu - 11,6 m) rəqibin tanklarını, artilleriya qurğularını, yüngül zirehli texnikalarını, qorunan obyektlərini və canlı qüvvələrini məhv etmək üçün nəzərdə tutulub. Çoxfunksiyalı dronun göyərtəsində gəmi əleyhinə raketlərin görünməsi proqnozlaşdırılır. Döyüş istifadə radiusu "Altius"u orta məsafəli raketlərin analoqu hesab etməyə imkan verir. Hipersəsli problemlərin istənilən təcavüzkara etibarlı şəkildə çatdırılması üçün çox effektiv platformadır.
Ehtimal olunan düşmən və rəqiblər
Ötən yay Rusiya dronu idarə olunan "hava-yer" sinifli raket silahları və aviasiya bombaları ilə poliqonlarda hədəflərə hava hücumlarını uğurla həyata keçirib.
Rusiyanın Müdafiə Nazirliyi 2021-ci ilin əvvəlində "Altius"ların ilk partiyasını sifariş edib ki, bu da maşının yüksək etibarlılığını və səmərəliliyini göstərir.
Hücum dronlarının imkanlarına görə dünyada Rusiyanın "Altius"u ilə müqayisə edilə bilən cəmi üç pilotsuz təyyarə var: bunlar ABŞ-ın "MQ-9 Reaper" (faydalı yükü 1700 kq), Türkiyənin "Bayraktar Akıncı" (yük - 1350 kq), İsrailin "IAI Eitan" (yük - 1000 kq) dronlarıdır. Hər birinin qanadları 20 metrdən çox, sürəti 240-400 km/saat, fasiləsiz uçuş müddəti (yanacaq doldurmadan) isə 24 saatdan 30 saata qədərdir. Avtomatik uçuş rejimi maşınlarda mövcuddur, Türkiyə dronu daha çox operatordan asılıdır.
İstehsalçılar tərəfindən bildirilən "Akıncı"nın 250 km məsafəyə (uzunluğu 4 metr və çəkisi 620 kq) qədər olan "SOM-A" qanadlı raketini yerüstü hədəflərə qarşı tətbiq etmək qabiliyyəti maraqlıdır.
Az manevr qabiliyyətinə malik olan və radarlarda yaxşı görünən bu cür məhsullar zenit sistemləri (havadan müdafiə sistemləri) olmadan yalnız "üsyançılara", İraq və ya Əfqanıstanda terrorçu qruplara qarşı mübarizədə faydalı ola bilər. Avropa hərbi əməliyyat teatrında bu dronlar qəsdən effektsizdir.
Rusiyanın "Altius"u əcnəbi analoqları ilk növbədə hərəkətlərin muxtariyyəti (süni intellektlə), döyüş inteqrasiya potensialı, inkişaf etmiş silah kompleksi, radara görünməni azaltmaqla üstələyir. Mütəxəssislərin proqnozlarına görə, bu aparat öz arsenalı ilə səmada və beynəlxalq bazarda dünyanın ən yaxşı nümunələrini geridə qoyacaq.
Rusiya müdafiə sahəsində yüksək texnoloji yarışda inamla qalib gəlir: dünyanın 50-dən çox ölkəsində pilotsuz təyyarələr istehsal olunur. Ancaq prioritet xarici tərəfdaşlara satışların artması deyil, müdafiə qabiliyyətidir. Rusiya Silahlı Qüvvələrinin ən yeni dronlarla təmin etmək planları üstünlük təşkil edir.
"İnoxodets" və "Forpost"
"Altius"un uğuru ilə eyni vaxtda Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiyasında "İnoxodets" və "Forpost" pilotsuz təyyarələrin qoşunlara çatdırılmasına başlandığını da qeyd edib.
Bu məlumat Rusiya hərbi təyinatlı pilotsuz aviasiya sektorunun ahəngdar inkişafından xəbər verir. "İnoxodets" pilotsuz təyyarəsi məşhur olan "Orion" kəşfiyyat-zərbə endirənin modifikasiyasıdır. İkinci dron isə iki illik təcrübəli istismarı ilə yoxlanılmış effektiv kəşfiyyat təyyarəsidir.
Orta hündürlükdə olan "Orion" (yəni "İnoxodets") 200 kq-a qədər döyüş yükünü (idarə olunan raketlər, idarə olunan aviasiya bombaları) daşıya bilən, uzun uçuş müddətinə (24 saata qədər) sahib aparatdır. Unikal taktiki və texniki xüsusiyyətləri mövcuddur. Kəşfiyyat modifikasiyası dünyanın ən güclü "elektron gözlər"inə malikdir.
Zərbə endirən "Orion" düşmənin stasionar və hərəkətdə olan yerüstü hədəflərini, zirehli texnikasını, nəqliyyatını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Bu aparatın maksimal uçuş çəkisi - 1150 kq, kreyser sürəti - 200 km/saat, tavanı - 7000 metrdir. 150 kq-a qədər yük daşıma qabiliyyəti və 130 km/saat sürəti olan "Bayraktar TB2" bu sinif maşınlarla rəqibdir.
Pilotsuz "Forpost" ərazinin kəşfiyyat və monitorinqi, fotoqrafiya, xəritəşünaslıq, aeroçəkiliş vəzifələrini yerinə yetirir. Dron düşmənin radioelektron müdafiə nöqtələrini aşkar etmək, radiomaneələr yaratmaq və radio siqnalları ələ keçirmək qabiliyyətinə malikdir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Forpost" orduda özünü yaxşı göstərib. Terrorçuların mövqelərinin hücumlarına qarşı gizli müşahidəsi və nəzarəti üçün istifadə olunaraq Suriyada döyüş vəftizini alıb. Dron eyni zamanda Qara dəniz sahillərində patrul xidməti üzrə ixtisaslaşıb, optik, radiotexnika, radiolokasiya avadanlıqlarından istifadə etməklə gecə-gündüz kəşfiyyat aparmaq, döyüş gəmilərinə, sahil raket komplekslərinə hədəf təyinatları vermək qabiliyyətinə malikdir.
Qərbin sanksiya siyasətini nəzərə alsaq, "Forpost-R"in tamamilə Rusiya komponentlərindən (Samara "APD-85" mühərriki ilə təchiz edilmişdir) yığılması vacibdir. Təxminən 500 kq ağırlığında olan aparatın tavanı 6 km, döyüş radiusu isə 200 km-dir. Uçuş müddəti 18 saata qədərdir.
Bununla yanaşı, Rusiya pilotsuz aviasiyasının inkişafı davam etməkdədir - ən yeni ağır kəşfiyyat və zərbə endirən "S-702 "Oxotnik" dronu intellektual döyüş əməliyyatlarına fəal şəkildə hazırlaşır. 7 tonluq "Qrom" pilotsuz təyyarəsinin layihəsi inkişaf etdirilir.
Həmçinin oxuyun:
ASM-in məhvi – ABŞ-ın təhlükəli təşəbbüsü
Hipersəs sahəsində Rusiyadan geriliyi ABŞ-a 3 milyard dollar ziyan vurub
"F-35" - pilotların əsəblərini pozan qırıcılar
Xəbər lenti
0