Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda torpaq uçqunu olub, ölən var

© Sputnik / Rahim MuradovTorpaq uçqunu
Torpaq uçqunu - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Fəhlə işləyən kişi dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.
BAKI, 21 dekabr - Sputnik. İsmayıllı rayonunun Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq ölüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.
Xəbər lenti
0