Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı Putinin istifadə etdiyi "Aurus" markalı avtomobildən aldı

© Sputnik / Александр Кряжев / Mediabanka keçidAurus Senat
Aurus Senat - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Nazir, həmçinin xatırladıb ki, brend ilk növbədə Yaxın Şərq və Şimali Afrika ölkələrinə (MENA) ixraca fokuslanıb.
BAKI, 21 dekabr — Sputnik. Rusiyanın lüks avtomobil brendi "Aurus" BƏƏ, Bəhreyn və Azərbaycana avtomobillər ixrac edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəsmisi Denis Manturov bildirib.

"İxrac istiqamətinə baxdıqda biz artıq bir neçə avtomobili Birləşmiş Ərəb Əmirliyinə, Bəhreynə və Azərbaycana tədarük etmişik", - deyə Manturov "Aurus" barədə sualı cavablandırarkən bildirib.

Nazir, həmçinin xatırladıb ki, brend ilk növbədə Yaxın Şərq və Şimali Afrika ölkələrinə (MENA) ixraca fokuslanıb.
"Aurus" - limuzin, sedan, miniven və SUV modelləri təklif edən ilk rus lüks avtomobil markasıdır. Layihənin kod adı "Kortej" olub. Rusiya Prezidenti Vladimir Putin bu layihə çərçivəsində istehsal olunan maşından xidməti avtomobil olaraq istifadə edir.
Xəbər lenti
0