Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Mediasiya Şurası: Müraciətlərin 8500-ü ailə mübahisələrinə aiddir

© AFP 2023 / JOHN MACDOUGALLMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Azərbaycanda 2019-cu il martın 29-da "Mediasiya haqqında" Qanun qəbul edilib. Məcburi məhkəmə mediasiyasına dair müddəaların isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulsa da, hələlik dəyişikliklər təsdiqlənməyib.
BAKI, 20 dekabr — Sputnik. "Bu günə qədər Mediasiya Şurasına 12 585 müraciət daxil olub".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.
O qeyd edib ki, müraciətlərin 9 550-si Şura tərəfindən mediatorlara bölünüb və mediatorlar tərəfindən bu işlərə baxılıb:

"Müraciətlərdən 3033-ü sənədlərin düzgün tərtib edilmədiyi üçün geri qaytarılıb və yenidən həmin sənədlərin işlənməsi istiqamətində iş gedir. 1200-dən çox müraciət isə könüllü mediasiya üzərindən həyata keçirilib. Daxil olan müraciətlərin 8515-i ailə mübahisələrinə aid məsələlərdir. 740-ı kommersiya məsələləridir. Əmək mübahisəsi məsələləri üzrə 297-ə müraciətə baxılıb".

"Mediasiya Şurası yeni yarandığı üçün fəaliyyətimiz, uğurlarımız barədə danışa bilmirik. Lakin növbəti il üçün kifayət qədər işlər görülməsi üçün bazanın yaradıldığını düşünürük. Mediatorlar üçün mütəmadi təlimlər keçirilir ki, bu da öz növbəsində məhkəmələrin yükünün azalmasına səbəb olur", - N.Adilov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda 2019-cu il martın 29-da "Mediasiya haqqında" Qanun qəbul edilib. Məcburi məhkəmə mediasiyasına dair müddəaların isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulsa da, hələlik dəyişikliklər təsdiqlənməyib. Hazırda dünyada bütün məsələlər üzrə mediasiya prosesi tətbiq olunsa da Azərbaycanda qanun bu məsələlərə məhdudiyyət tətbiq edir.
Qanuna görə, mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunacaq.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda 2020-ci ilin fevral ayının 12-də "Mediasiya Şurası" qeyri-kommersiya hüquqi şəxsi təsis edilib. Elə həmin ayın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bu il iyunun 30-da isə, Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilib, qurumun rəhbər orqanına - Mediasiya Şurasının İdarə Heyətinə seçkilər keçirilərək onun yeni tərkibi müəyyən olunub.
Həmçinin oxuyun:
Övladlığa verilmə bu qurumun səlahiyyətindən çıxarıldı
Azərbaycanda Aliment Fondu yaradılmalıdır - Milli Məclisin komitə sədrindən təklif
Xəbər lenti
0