Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançılarında narkotik aşkarlanıb

© AFP 2023 / FRANCK FIFEAntidopinq laboratoriyasında nümunələr, arxiv şəkli
Antidopinq laboratoriyasında nümunələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, 2021-ci ildə aşkar edilmiş antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın Milli Antidopinq Agentliyi (AMADA) idman sahəsində narkotiklərlə mübarizə aparan qurumlardan biridir.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə" mövzusuna həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, idmançılar arasında da narkotikdən istifadə hallarına rast gəlinir:

"Hesabatımızda bildirilib ki, qurumun 2021-ci ildə aşkar etdiyi antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir. Azərbaycanda narkotiklərə qarşı ciddi mübarizə aparılır. Bir sıra dövlət qurumları da bu yöndə çalışır. Biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirmişik. Dünyada peşəkar və elit idmançılar arasında da narkotikdən istifadə edənlər var. AMADA 5 il ərzində 7 belə hal aşkarlayıb. Bu isə 11 faiz təşkil edir".

Ş.Hüseynli əlavə edib ki, AMADA antinarkotik təbliğatı ilə bağlı 8 vebinar, 25 seminar, 8 tədbir gerçəkləşdirib.
Qeyd edək ki, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.
Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı.
• Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- I yer
• Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer
• Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer
• Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku -I yer
• Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi- II yer
• Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı -I yer
• Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı –III yer
Xəbər lenti
0