Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı film çəkilib

© Photo : AZƏRTACAşıq Ələsgər
Aşıq Ələsgər - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Sənətkarın heykəlinin ucaldılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
BAKI, 20 dekabr - Sputnik. Bakıda Aşıq Ələsgərin heykəli ucaldılacaq. Bununla bağlı müsabiqə elan ediləcək. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov məlumat verib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş film də hazırlanıb. İlin sonuna kimi filmin təqdimatı keçiriləcək.
Aşıq Ələsgərin heykəlinin ucaldılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, dünən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim təşkil edib.
İğdırdakı Azərbaycan Mədəniyyət Evində keçirilən mərasimdə yerli ictimaiyyətin tanınmış nümayəndələri, Azərbaycan və Türkiyədən tanınmış sənətçilər iştirak ediblər.
Xatırladaq ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olub.
Həmçinin oxuyun:
Aşıq Ələsgər haqqında film çəkilir
Aşıq Ələsgərin abidəsi ucaldılacaq - SƏRƏNCAM
Xəbər lenti
0