DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır

© AFP 2023 / ADEM ALTANTürkiyə polisi, arxiv şəkli
Türkiyə polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Baş konsul deyib ki, xəsarət alan 14 nəfərdən birinin vəziyyəti ağırdır. Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb.
BAKI, 19 dekabr - Sputnik. Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusunun Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğraması nəticəsində avtobusda olan 24 Azərbaycan vətəndaşından 2-i həyatını itirib, 14 nəfər xəsarət alıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
Baş konsul deyib ki, xəsarət alan 14 nəfərdən birinin vəziyyəti ağırdır:
“Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”
Qeyd edək ki, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır.
İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.
Xəbər lenti
0