Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bütün dünya "Qarabağ"ın futbolçusuna səs verdi -VİDEO

© Photo : Facebook / Qarabağ FK"Qarabağ"ın futbolçusu Kadi Borges
Qarabağın futbolçusu Kadi Borges - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolları sırasında həm "Qarabağ"ın vurduğu, həm də "Qarabağ"a vurulan qol yer alıb.
BAKI, 18 dekabr — Sputnik. UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri ikinci tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.
Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb.
Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 28 faiz səs toplayıb.
Eləcə də oxuyun:
* Avropa klubundan azərbaycanlı futbolçuya 1 milyonluq təklif
* İlin son oyun günü - "Qarabağ"lıların dueli
* Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri bəlli oldu
* "Qarabağ" Fransa komandasını Bakıya gətirir
Xəbər lenti
0