Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Sumqayıt yolunda təhlükəli qəza -Video

© REUTERS / LEAH MILLISTIXAC
TIXAC - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Ötən il Bakı şəhərinin şimal girişi - Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində müvafiq işlər görülsə də, tıxac problemi tam həllini tapmayıb.
BAKI, 17 dekabr — Sputnik. Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib. Belə ki, 99-ZD-352 dövlət nömrə nişanlı TIR ilə yanacaq daşıyan maşın toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yük avtomobilinin içərisində olan şüşələr yola dağılıb. Nəticədə yolda uzun tıxac yaranıb.
Qeyd edək ki, ötən ay da TIR-ın aşması uzun tıxaca səbəb olmuşdu.
Xatırladaq ki, illərdir Bakı-Sumqayıt yolunun tıxac problemi həllini tapmayıb. Vaxtaşırı orada baş verən yol qəzaları isə tıxacın artmasına və yolun keçilməz olmasına səbəb olur.
Ötən il Bakı şəhərinin şimal girişi - Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində müvafiq işlər görülsə də, tıxac problemi tam həllini tapmayıb.
Xəbər lenti
0