Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ağdamda minaya düşən şəxsin aqibəti necə oldu

© Photo : REPORTMina partlayışı, arxiv şəkli
Mina partlayışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 16 dekabr — Sputnik. Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, nəticədə xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa şəhərinin Daşaltı kəndi ərazisində tikinti-quruculuq işləri aparan zaman Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyev həlak olublar.
Həmçinin oxuyun:
Peşəkarlar da minada partlayırlar: Xudiyev acı təcrübəsini bölüşdü
Ermənistanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik - azərbaycanlı nazir
Xəbər lenti
0