Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İngiltərədə omikron xəbərdarlığı: 75 minə yaxın insan ölə bilər

© AFP 2023 / JUSTIN TALLISCovid 19
Covid 19 - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Abunə olmaq
Bu dəqiqələrdə ÜST-ün yaydığı məlumata görə, omikron ştammı artıq 63 ölkədə aşkarlanıb və o, yoluxma sürətinə görə deltanı da geridə qoya bilər.
BAKI, 12 dekabr — Sputnik. London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) hesabatına görə, koronavirusun omikron ştammının yayılması xəstələnmə və ölüm hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla bildirir ki, hsabatın müəllifləri iki ssenari təqdim ediblər.
Dekabrın 1-dən aprelin 30-dək İngiltərədə nikbin və pessimist pandemiya ssenarisini təqdim edilib. Birinci ssenariyə görə, əhalinin immun reaksiyasının yüksək olacağı və peyvəndlərin təsirini qoryuyacağı güman edilir. Bu halda yoluxmaların sayı gündə iki minə, xəstəxanaya yerləşdirilənlərin ümumi sayı isə 175 minə çatacaq. Bunlardan 25 minə yaxın insan ölə bilər. Pessimist bir ssenaridə, 2021-ci ilin yanvar ayı üçün rəqəmlər iki dəfə arta bilər. Xəstəxanaya yerləşdirilənlərin sayı 492 min, ölənlərin sayı isə 74,8 min olacaq.
Tədqiqatın müəlliflərindən biri Rozanna Bernardın fikrincə, əgər pandemiya nikbin ssenari üzrə gedərsə, omikron gərginliyinin qarşısını almaq üçün məhdudlaşdırmalar yetərli olacaq: kütləvi tədbirlərin məhdudlaşdırılması, əyləncə müəssisələrinin işinin dayandırılması və.s.
Bununla belə, pessimist ssenari onu göstərir ki, ölkə səhiyyə xidmətinin həddən artıq yüklənməsinin qarşısını almaq üçün daha sərt tədbirlərə ehtiyac ola bilər.
Qeyd edək ki, ABŞ-ın Kembric universitetindən olan (Massaçustes ştatı) virusoloqlar koronavirusun hazırda dünyanı lərzəyə salan "omikron" ştammında insan geni aşkar ediblər.
Virusoloqlar müəyyən ediblər ki, "omikron" ştammı koronavirusun genetik kodunda və eyni zamanda insan genində yer alan və soyuqdəymə xəstəliyini yaradan mutasiyalardan birini əldə edib. Başqa sözlə, koronavirusun bu mutasiyası soyuqdəymə xəstəliyini yaradan digər respirator virusunun genetik materiallarının bir hissəsini özünə götürüb.
Bu dəqiqələrdə ÜST-ün yaydığı məlumata görə, omikron ştammı artıq 63 ölkədə aşkarlanıb və o, yoluxma sürətinə görə deltanı da geridə qoya bilər.
Eləcə də oxuyun:
* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
* Vaksin olunmuşlardan yoluxma ehtimalı
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
* Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb
Xəbər lenti
0