DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun rəqəmsal variantı yaradılır - Rusiya rəsmisi

© REUTERS / Joshua RobertsAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Abunə olmaq
Averyanov deyir ki, yeni alyansda suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq.
BAKI, 12 dekabr - Sputnik. ABŞ faktiki olaraq NATO kimi rəqəmsal bir alyansın bünövrəsini qoyur, orada suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu RF Təhlükəsizlik Şurası sədrinin birinci müavini Yuri Averyanov deyib.
O qeyd edib ki, yüksək texnologiyalar sahəsi ABŞ-ın keçirdiyi "Demokratiya uğrunda sammit"də çox geniş müzakirə olunub.
"Burada ideya sadədir: əgər istəyirsinizsə, Ağ Ev sizin dövlətinizi demokratik adlandırsın, elə texniki standartlar tətbiq edin ki, ABŞ-a sizin evdəki demokratiyanı müdafiə etmək asan olsun. Məsələn, ölkənizdə seçkilərə təsir eləsin, ya da KİV-i nəzarətdə saxlasın", - Averyanov deyib.
"Faktiki olaraq NATO kimi bir alyansın rəqəmsal formasının bünövrəsi qoyulur: orada suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq və Google, Apple və ya Amazon-un yazdığı qaydalarla yaşamağı əmr edəcəklər. Bu da sizə amerika standartlarına uyğun demokratiya", - o əlavə edib.
ABŞ-ın təşkil etdiyi "Demokratiya uğrunda" virtual sammit bir neçə gün əvvəl baş tutub. Yüzdən artıq ölkənin dəvət aldığı toplantıya Rusiya, Çin, Türkiyə, Azərbaycan, Macarıstan və s. ölkələr dəvət almayıb. Bu ideya bir çox dövlətlər tərəfindən tənqid edilib.
Eləcə də oxuyun:
* Rusiya ilə ABŞ arasında ciddi fikir ayrılıqları
* Baydenin "Demokratiya zirvəsi"ndə qeyri-peşəkar yanaşma - ABŞ-ın mesajı
* "Demokratiya sammiti": ABŞ dövlətlər arasında ayrıseçkilik salır
Xəbər lenti
0