CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bozumtul bazar ertəsi - sabahın hava proqnozu

© Sputnik / Murad OrujovBakıda tutqun hava
Bakıda tutqun hava - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Abunə olmaq
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
BAKI, 12 dekabr - Sputnik. Azərbaycan ərazisində bazar ertəsi, dekabrın 13-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-9° isti olacaq.
Xəbər lenti
0