Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Pekin-2022" Qış Olimpiya Oyunları: Çinə çarter və müvəqqəti reyslərlə gədəcəklər

© AP Photo / Mark Schiefelbein"Pekin-2022"
Pekin-2022 - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
Təşkilat komitəsi qəbul olunan qərarların atletlərin və heyət üzvlərinin sağlamlığının qorunmasına xidmət edəcəyini düşünür. "Pekin-2022" Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək
BAKI, 11 dekabr — Sputnik. "Pekin-2022" Qış Olimpiya və Paralimpiya oyunlarının atletləri və onların məşqçiləri, digər iştirakçılar Çin və xarici aviaşirkətlərin həyata keçirəcəyi çarter və müvəqqəti xüsusi reyslərlə Çin paytaxtına gələ və geri qayıda biləcəklər.
Sputnik Azərbaycan Azətac-a istinadla xəbər verir ki, Olimpiya və Paralimpiya oyunlarının bütün iştirakçıları Sinqapur, Paris, Tokio, Honkonq da daxil olmaqla bir neçə şəhərdən təyyarələrlə Pekinin "Paytaxt" beynəlxalq hava limanına gəldikdən sonra Olimpiada və Paralimpiada üçün ayrılmış "Qapalı zona"ya daxil olacaqlar.
"Qapalı zona" Oyunlar üçün xaricdən gələnlərin yerli sakinlərlə ünsiyyətinin qarşısını alan sistemdir. Yanvarın 23-də işə başlayacaq və Paralimpiya Oyunlarının sonunadək davam edəcək "Qapalı zona" sistemi atletlərin Çinə giriş-çıxışı, nəqliyyat, yerləşmə, qidalanma, yarışlarda iştirak, açılış və bağlanış mərasimlərini əhatə edəcək.
Atletlərin və heyət üzvlərinin yalnız yarış məkanlarına, məşq zallarına və oyunlarla bağlı digər yerlərə girişinə icazə verilir. Onlar müəyyən olunmuş məkanlardan kənara çıxa bilməyəcəklər.
Təşkilat komitəsi qəbul olunan qərarların atletlərin və heyət üzvlərinin sağlamlığının qorunmasına xidmət edəcəyini düşünür. "Pekin-2022" Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək.
Xəbər lenti
0