Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ermənistan ordusunda qarşıdurma: Əsgər yoldaşlarını güllələyən şəxs saxlanıldı

© AFP 2023 / SHAH MARAISilahlı
Silahlı - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
Xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu, 19 yaşlı sıravi Senik Aşotoviç Arzumanyan ölüb, daha iki hərbi qulluqçu isə yaralanıb.
BAKI, 11 dekabr - Sputnik. Ermənistanda müddətli həqiqi hərbi xidmət qulluqçusu, 19 yaşlı sıravi Senik Aşotoviç Arzumanyanı öldürən və digər iki əsgər yoldaşını yaralayan şəxs saxlanılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 11-də Ermənistan Silahlı Qüvvələrinin “N” saylı bölməsinin hərbi qulluqçusu Senik Arzumanyana güllə ilə ölümcül xəsarət yetirən, habelə daha iki yoldaşının yaralanmasına səbəb olan şəxs şübhəli qismində saxlanılıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə cinayət işi açılıb.
***
Ermənistanın hərbi hissələrinin birinin əsgəri xidmət yoldaşlarının birini öldürüb, daha ikisini yaralayıb.
Sputnik Ermənistan xəbər verir ki, barədə Ermənistan Müdafiə Nazirliyi bildirir.
“Dekabrın 10-da saat 19:30 radələrində cənub istiqamətindəki hərbi hissələrdən birində, ilkin məlumatlara görə, xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu, 19 yaşlı sıravi Senik Aşotoviç Arzumanyan ölümcül yaralanıb”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Daha iki hərbçi yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur.
Qeyd edək ki, dekabrın 5-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin üzvü ölüb. Həmin gün saat 21:20-da 2002-ci il təvəllüdlü Qor Martirosyanın cəsədi tapılıb. Hazırda faktla bağlı araşdırmalar aparılır. Martirosyanın ölüm səbəbi dəqiqləşdirilir.
Bundan əvvəl Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib.
Xəbər lenti
0