Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni nəsil kassa aparatlarından 14 milyard manat vəsait keçib

© AP Photo / Francisco SecoKassa aparatı
Kassa aparatı - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Məlumata görə, bu ilin yanvar-noyabr aylarında həmin aparatlar üzrə dövriyyə təxminən 14 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 85,8% çoxdur.
BAKI, 10 dekabr — Sputnik. İndiyə qədər Azərbaycanda 50 653 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Sputnik Azərbaycan bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verib.
Bundan başqa, məlumata görə, bu ilin yanvar-noyabr aylarında həmin aparatlar üzrə dövriyyə təxminən 14 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 85,8% çoxdur.
Qeyd edək ki, mehmanxana, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərlə əlaqədar yeni tələb müəyyənləşir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları da vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarının vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsi isə tələb olunmayacaq.
Başqa sözlə, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər indiki kimi yalnız sadələşdirilmiş vergi üzrə aylıq sabit 15 manat ödəyəcəklər.
Həmçinin oxuyun:
Kiçik və orta sahibkarlar üçün kassa metodu ləğv edilir
Xəbər lenti
0