DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baş Qərargah Rəisi vertolyot qəzasında həlak olub

© AFP 2023 / SAJJAD HUSSAINHindistanın Baş Qərargah Rəisi Bipin Ravat, arxiv şəkli
Hindistanın Baş Qərargah Rəisi Bipin Ravat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Hinsdistanda Müdafiə Nazirliyində Baş Qərargah rəisi vəzifəsi 2019-cu ildə təsis olunub. Bipin Ravat bu vəzifəyə təyinat alan ilk şəxs idi.
BAKI, 8 dekabr - Sputnik. Hindistanın Baş Qərargah Rəisi Bipin Ravat vertolyot qəzasında həlak olub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqhin Tvitter hesabında paylaşım edilib.
Qeyd olunub ki, Mİ-17V5 markalı hərbi vertolyotun qəzaya uğraması nəticəsində Baş Qərargah Rəisi və arvadı, həmçinin 11 hərbi qulluqçu həlak olub.
Hinsdistanda Müdafiə Nazirliyində Baş Qərargah rəisi vəzifəsi 2019-cu ildə təsis olunub. Bipin Ravat bu vəzifəyə təyinat alan ilk şəxs idi.
Baş Qərargah rəisinin əsas vəzifəsi ordunun bütün bölmələrinin - quru qoşunlarının, hava qüvvələrinin və donanmanın hərəkətlərini əlaqələndirmək olub. O, həmçinin müdafiə texnologiyaları və silahların alınmasına cavabdeh şəxs vəzifəsini daşıyıb.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda qəzaya uğramışdı. Həmi qəza nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Həmçinin oxuyun:
Rusiya və Hindistan silah müqavilələri bağlayarkən dollardan imtina etdilər
Putinin Hindistan səfəri: Onun kortecini Heydərabad sarayında Modi qarşılayıb
Xəbər lenti
0