CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmmunitet sonradan qazanılırmı? - Ana südü, yoxsa vitamin?

© AFP 2023 / Ezequiel BecerraQadın uşağına süd verir, arxiv şəkli
Qadın uşağına süd verir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
Həkim-terapevt: Bəzən ümumi halsızlığı olan xəstəyə üçlü antiboitik təyin olunur. Bu kimi hallar gələcəkdə immun sisteminin çökdürülməsinə, bağırsaq problemlərinin yaranmasına gətirib çıxaracaq.
BAKI, 5 dekabr — Sputnik. İmmmunitet mürəkkəb bir sistemdir. İmmmunitetin formalaşması ilə bağlı çoxsaylı fikirlər səsləndirilir. Hətta bir çox mütəxəssislər bildirir ki, immunitet sonradan yaranan bir proses deyil.
Bu kimi bir sıra qaranlıq qalan nüanslarla bağlı həkim-terapevt Bəylər İmanov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb:
- İmmuniteti sonradan gücləndirmək mümkündürmü?
- Tibbi nöqteyi-nəzərdən qeyd edə bilərəm ki, immunitet çox mürəkkəb bir mövzudur. İki cür immunitet var: anadangəlmə immunitet və sonradan qazanılmış immunitet. Hər bir şəxs doğularkən onda müəyyən immun reaksiyalar formalaşır. Digəri, yəni, qazanılmış immunitet illər boyunca hər hansı infeksion xəstəliyə orqanizmin reaksiyasıdır. Məsələn, suçiçəyi və bu tip elə xəsətliklər var ki, onu ikinci dəfə keçirtmək mümkün deyil. Çünki bu xəstəliyi keçirən şəxsdə ona qarşı immunitet formalaşır, bu xəstəliyə qarşı bədəndə hazır antitellər olur.
Orqanizmin immunitetini təşkil edən hissələr var: mərkəzi və periferik immun sistem var. Mərkəzi immun sisteminə sümük iliyi və timus aiddir. Periferik immun sisteminin hsissələri isə limfa düyünləri, dalaq və selikli qişalardır. Selikli qişalar isə damaq badamcıqlarıdır, apentiksdir. Bunlar hamısı normal şəkildə fəaliyyət göstərirsə, şəxs xəstələndikdə hər hansı bir infeksion xəsətliyi çətin keçirmir. Bundan başqa, alt immun xəstəliklər adlı xəstəliklər qrupu var. Belə olanda orqanizmin immun hüceyrələri orqanizmin özünə qarşı yönəlmiş olur və öz hüceyrə və orqanlarını dağıtmağa başlayır. Bu qrup xəstəliklər insanlar arasında kifayət qədər yayılıb. Şəkərli diabet kimi xəstəliklər çoxdur və onlar alt immun xəstəliklərdir.
- Nə etmək lazımdır?
- Normal qidalanmaq, meyvə-tərəvəzə daha çox üstünlük vermək, təmiz havada olub idmanla məşğul olmaq lazımdır. Bütün bunlar müəyyən qədər də olsa immunitetin möhkəmlənməsinə gətirib çıxarda bilər. Bundan başqa, qeyd edim ki, immuniteti effektiv dərəcədə möhkəmləndirməyin yeganə yolu vaksinasiyadır. Təkcə COVID-19-da deyil, həm də mövsümi qrip infeksiyasına qarşı, uşaq infeksion xəstəlikləri ilə mübarizədə də vaksinasiya ən tutarlı mübarizə metodudur. Mövsümi qripə qarşı vaksin hamilə olmağa hazırlaşan qadınlara və xroniki xəstəliyi (xüsusən ağciyərin xroniki obstruktiv xəstəliyi və bronxial astma xəstəliyindən əziyyət çəkənlərə) olanlara tövsiyə olunur.
- İmmuniteti möhkəmləndirmək olar, ya olmaz?
- Bu çox təzadlı sualdır. Bəzi həkimlər vitamin qəbul edilməsi, sağlam həyat trəzi sürülməsi, zərərli vərdişlərdən uzaq olmanın vacibliyini vurğulayır. Bunların immun sisteminə müəyyən qədər müsbət təsiri olsa da, bu tam olaraq həkimlərin dediyi kimi deyil. Ümumiyyətlə, immun sisteminə kənardan təsir etmək bir qədər çətindir. Burada bir sıra faktorların rolu var. Eyni zamanda da insanın öz sinir sisteminin də rolu önəmlidir. Sadəcə olaraq xroniki xəstəliklərdən müalicə olunmaq, vaxtında həkimə müraciət etmək, idmanla məşğul olmaq, normal qidalanmaq və stresdən uzaq olmaqla müəyyən qədər də olsa, immun sisteminə təsir etmək olar. Sonradan immun sistemini qazanmağa gəlincə, bu elmdə o qədər də sübuta yetirilməyib. Əsas olan anadangəlmə qazanılmış immun sistemidir. Körpə anadan olarkən o immunitet qazanır. Onu da qeyd edim ki, təbii doğuşla dünyaya gələn uşağın immuniteti qeysəriyyə yolu ilə dünyaya gələn uşağın immunitetindən tamamilə fərqlənir. Təbii doğuşla dünyaya gələn uşaq müəyyən qədər ananın immun hüceyrələrindən udmuş olur.
- Ana südünün immunitetdə faydası haqda nə deyə bilərsiniz?
- Ana südünün də çox böyük rolu var. Uşaqlara iki yaşadək ana südünün verilməsi çox önəmlidir. Düzdür həyat ritmi dəyişilib. Bu səbəbdən heç olmasa 1 yaşadək uşaqların ana südü qəbul etməsi vacibdir. Çünki ana südü gələcəkdə bir sıra xəstəliklərdən qorunmada əhəmiyyətli rola malikdir. Körpənin sağlam doğulması üçün ana sağlam olmalıdır. Təəssüflər olsun ki, gənc xanımlar kifayət qədər stress yaşayır, onları stressdən qorumaq lazımdır. Ailədaxili münqaişələr, problemlər stress yaradır. Təbii ki, belə olan halda həmin qadınlar nadirən sağlam övlad dünyaya gətirirlər. İmmunitetin zəifləməsinə səbəb olan başqa bir amil də var. Bununla bağlı, tibb bacılarına müraciətim var. Onlar guya immun sistemini möhkəmləndirmək üçün xəstəyə sistem vurarkən həkimin yazdığı təlimatlardan, respetdən kənara çxırlar. Sistemə əlavə qatqılar vurmağa çalışırlar. Bu zaman həmin şəxsdə müxtəlif allergik reaksiyalar yarana bilər. Bunların immuniteti qaldırmaq xüsusiyyəti yoxdur. Xəstələrə müraciət edərək demək istəyirəm ki, həkimin dediyindən kənar olan müalicələrə meyillənməsinlər. COVID-19-dan müalicədə də öncə antibiotiklərlə müalicəyə başladıq. Çünki xəstəlik haqqında əlimizdə informasiya yox idi. Hazırda da bəzən respetlərə baxıram və görürəm ki, xəstənin heç bir qızdırması yoxdur, sadəcə olaraq ümumi halsızlığı var və bunun üçün həmin şəxsə üçlü antiboitik təyin olunub. Bu kimi hallar gələcəkdə immun sisteminin çökdürülməsinə, bağırsaq problemlərinin yaranmasına gətirib çıxaracaq. Nazik bağırsağın selikli qişası immun hüceyrələrlə doludur. Belə müalicə alan xəstələr gələcəkdə hanssısa infeksiyon xəstəliklə qarşılaşanda onunla mübarizə apara bilməyəcəklər.
Həmçinin oxuyun:
Eyni vaxtda hansı peyvəndlər istifadə oluna bilər? - Rusiyalı alimlərin rəyi
Əlbir olub bir ayı bir şir ilə... Valideynlər "buster" vaksin vurdurmağa məcbur edilirlər?
Ən vacib olan vitaminlər hansılardır?
Xəbər lenti
0