CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şübhəli şəxs metropolitendə saxlanılıb

© AFP 2023 / THOMAS SAMSONQandal, arxiv şəkli
Qandal, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Abunə olmaq
Aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 2-nə keçən gecə metronun "Koroğlu" stansiyasında yerləşən bir aptekdən 300 manat pul oğurlaması da müəyyən edilib.
BAKI, 4 dekabr — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində şübhəli şəxs saxlanılıb. Daxili İşlər Nazilriyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, metropolitenin polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 1-nə keçən gecə Səbail rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Həmin şəxs Bərdə rayon sakini K.Fərzəliyevdir.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 2-nə keçən gecə metronun "Koroğlu" stansiyasında yerləşən bir aptekdən 300 manat pul oğurlaması da müəyyən edilib.
Xəbər lenti
0