CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək

© Sputnik / Murad OrujovHelikopter qəzasında şəhid olanların dəfn mərasimi
Helikopter qəzasında şəhid olanların dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Nazirin sözlərinə görə, DSMF artıq DSX hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb.
BAKI, 3 dekabr - Sputnik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) “Qaraheybət” poliqonunda qəzaya uğrayan helikopterdə həlak olmuş hərbçilərin ailələrinə ödəniləcək.
"Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”, - nazir deyib.
O, qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb:
“Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onların ailələrinə də ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.
Nazir onu da bildirib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) artıq noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb.
Sahil Babayevin sözlərinə görə, onlara müvafiq sosial ödənişlərin (müavinət, təqaüd, kompensasiya, pensiya) hər biri bu ay ərzində təyin olunacaq. Onların digər sosial hüquqları da təmin olunacaq.
Qeyd edək ki, noyabrın 30-da Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb. Helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Həmçinin oxuyun:

"Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana
Elçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkdi
Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
Xəbər lenti
0