CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib

© Sputnik / Murad OrujovQaraheybətdə şəhid olanların dəfn mərasimi
Qaraheybətdə şəhid olanların dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
BAKI, 2 dekabr - Sputnik. Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində hərbçilərimizin həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Nazirliyin başsağlığında deyilir:
“Misir Ərəb Respublikası hərbi helikopterin qəzaya uğraması nəticəsində insan ölümü və yaralanması ilə bağlı dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir.
Misir bütün həlak olanların ailələrinə səmimi başsağlığını çatdırır, yaralananların tezliklə sağalmasını arzulayır.
Həmçinin Misir bu ağrılı hadisə ilə bağlı Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu ifadə edir”.
Xəbər lenti
0