ELM

"Google" Lütfi Zadəni andı

© AFP 2023 / TOBIAS SCHWARZKişi Google şirkətinin loqosunun qarşısından keçir
Kişi Google şirkətinin loqosunun qarşısından keçir - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
BAKI, 30 noyabr — Sputnik. “Google” dünya şöhrətli alim Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar” əsərini təqdim etməsinin ildönümü ilə bağlı dudl hazırlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Google"un yayımladığı dudlun üzərinə klik edərək alim Lütfi Zadə ilə bağlı məlumatlar əldə etmək mümkündür.
Xatırladaq ki, L.Zadə 1964-cü il noyabrın 30-da qeyri-səlis məntiq nəzəriyyəsini ehtiva edən “Qeyri-səlis çoxluqlar” əsərini təqdim edib.
Qeyd edək ki, azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.
Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets Texnologiya İnstitutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya Universitetində elmlər doktoru alimlik dərəcəsini alıb. O, 6 sentyabr 2017-ci ildə - 97 yaşında dünyasını dəyişib.
Xəbər lenti
0