Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Ata ocağı” serialının aktyoru şəhid Samir Qəfərli: Siz mənimlə fəxr edəcəksiniz

Abunə olmaq
Əsgər Samir Qəfərli Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Ətraflı - videomuzda.
Samir Qəfərli 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2001-ci ildə şəhid Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olub.
Təhsil aldığı müddətdə televiziyada yayımlanan “Ata ocağı” serialında aktyor kimi debüt edib. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Samir Qəfərli də döyüşə ilk atılan igidlərimiz arasında idi.
İki bacının bir qardaşı olan Samir işğal altındakı torpaqlarımızı azad etmək üçün döyüşlərdə fəal iştirak edib.
Ölümündən sonra Samir Qəfərli “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının, Laçının azad olunmasına görə, “Hərbi xidmətdə fərqlənməyə” görə medalları ilə təltif edilib.
Xəbər lenti
0