Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kiçik və orta sahibkarlar üçün kassa metodu ləğv edilir

© AFP 2023 / JOHN MACDOUGALLMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Mikro sahibkarlıq subyektləri isə öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara biləcəklər.
BAKI, 26 noyabr — Sputnik. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparacaqlar.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən danışarkən deyib.
O bildirib ki, mövcud maddəyə görə, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər: "Lakin beynəlxalq mühasibat standartları yalnız hesablama metodunun tətbiq edilməsini tələb edir. Bunun mənası odur ki, mallar və xidmətlər satış edildiyi zaman gəlir kimi tanınır. Bu, orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara biləcəklər. Kassa metodunda uçota nəzarət etmək çətin olurdu. Artıq bu, əməliyyatın özünə bağlı olacaq, mal və xidmət təqdim edildikdə gəlir kimi tanınacaq. Bu, həm vergi ödəyicisi, həm də vergi orqanı üçün asanlıq yaradacaq".
Qeyd edək ki, bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edib.
Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
0