CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə bulağının açılışı olub

© Photo : AZƏRTACJurnalist Məhərrəm İbrahimovun xatirə bulağı
Jurnalist Məhərrəm İbrahimovun xatirə bulağı - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri olmuş Məhərrəm İbrahimovun xatirə bulağının açılışına gələnlər şəhidin məzarı üstünə gül dəstələri düzüblər.
BAKI, 25 noyabr — Sputnik. Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə bulağının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, açılış mərasimində mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri olmuş Məhərrəm İbrahimovun xatirə bulağının açılışına gələnlər şəhidin məzarı üstünə gül dəstələri düzüblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə çəkiliş edən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonu, Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər xəsarət alıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
Xəbər lenti
0