Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vasif Talıbovdan yeni sərəncam: Qədim ənənə Naxçıvana qaytarılır

xalça  - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Yerli İqtisadiyyat Nazirliyinə aidiyyəti dövlət orqanları ilə birlikdə şirkətin fəaliyyətinin təşkil edilməsi üçün zəruri tədbirləri görmək həvalə edilib.
BAKI, 24 noyabr — Sputnik. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi" MMC-nin yaradılması haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir ki, yerli Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Yerli İqtisadiyyat Nazirliyinə isə aidiyyəti dövlət orqanları ilə birlikdə şirkətin fəaliyyətinin təşkil edilməsi üçün zəruri tədbirləri görmək həvalə edilib.
Qeyd edək ki, Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur.
XVI əsrdə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçalığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdi. Burada toxunulan zərif və qəşəng “Naxçıvan” xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən “Qarabağ qrupuna” daxil edilir.
Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var- Qarabağ və Təbriz. Görünür, Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur. Naxçıvanda, həmçinin, nəfis zili, şəddə, vərni, kilim və s. kimi xalça növləri toxunurdu. Mütəxəssislərin fikrincə, şəddə və vərni istehsalının mənşəyi elə Naxçıvanın özünə məxsus olmuş, sonra zaman keçdikcə buradan başqa yerlərə yayılmışdır.
Xəbər lenti
0