Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidŞuşada qədim qala divarları
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Anar Kərimov deyib ki, bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma o, prosesləri qabaqlamaq istəyib.
BAKI, 24 noyabr — Sputnik. Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
"Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək"- nazir qeyd edib.
Nazir, həmçinin bildirib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir: "Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa işləri aparılır. Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək".
A.Kərimov bildirib ki, Azərbaycan işğaldan azad edilən ərazilərə sülhlə qayıdır: "Orada davamlı sülh olsun ki, davamlı inkişafı təmin edək, icmalararası əlaqə bərpa edilsin. Bunu o xalq edir ki, bütün bəlalara baxmayaraq, yenidən mədəniyyətlərin dirçəlməsindən danışır".
Xəbər lenti
0