Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

© AFP 2023 / FRED DUFOURqandal
qandal - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Respublikanın avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, bir nəfər xəsarət alıb.
BAKI, 22 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) noyabrın 20-də və 21-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 67 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Xəbər lenti
0