DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Miqrant böhranı Şərqi Avropa böhranına çevrildi: Polşa Belarusla sərhəddini bağlaya bilər

© AFP 2023 / Leonid Shcheglov / BELTABelarus-Polşa sərhədində miqrantlar, arxiv şəkli
Belarus-Polşa sərhədində miqrantlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Baş nazir Mateuş Moravetski deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər.
BAKI, 21 noyabr - Sputnik. Miqrant böhranı ilə əlaqədar Polşa Belarusla sərhədləri bağlayacağını istisna etmir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu bu gün Tallində eston həmkarı Kayey Kallass ilə görüşdən sonra Polşa Baş naziri Mateuş Moravetski bildirib.
Hazırda Polşa yalnız Kuznitsa sərhəd-keçid məntəqəsində bir avtomobil keçidini bağlayıb. Baş nazir deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər.
Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində ölkəsi ilə Polşa arasında yaranmış böhranın Rusiya və NATO arasında nüvə müharibəsinə qədər gedə biləcəyini deyib.
“Əgər biz burada, Belarusda müharibəyə başlasaq, NATO və Rusiya da buna qoşulacaq. Bu isə nüvə müharibəsi deməkdir", - deyə Belarus lideri bildirib.
Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.
Həmçinin oxuyun:
Lukaşenko NATO və Rusiya arasında nüvə müharibəsi ehtimalı barədə
“Ürəksiz və ağılsız”: Lukaşenko dünyaya Polşanın qaranlıq tərəfini göstərdi
Balaca miqrantlar: qaçqın uşaqlar Belarus-Polşa sərhədində necə sağ qalmağa çalışırlar
Miqrant hücumlarının əsl səbəbi bəlli oldu
Xəbər lenti
0