DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə gözlənilmədən yeni əməliyyata başlayıb

© AP Photo / Emrah GurelTürkiyə Ordusunun əsgəri, arxiv şəkli
Türkiyə Ordusunun əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Ümumilikdə əməliyyatlara nazirliyin 1060 personalı cəlb olunacaq. Əməliyyatda iştirak edən şəxsi heyət arasında qadın gizirlərin də olduğu bildirilib.
BAKI, 19 noyabr — Sputnik. Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatına qarşı "Eren Qış-6" şəhid jandarma çavuşu Burak Tortumlu Əməliyyatı"na başlayıb.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyatlar Tunceli vilayətinin Mərcan Dağları bölgəsində həyata keçiriləcək.
Ümumilikdə əməliyyatlara nazirliyin 1060 personalı cəlb olunacaq. Əməliyyatda iştirak edən şəxsi heyət arasında qadın gizirlərin də olduğu bildirilib.
Qeyd edək ki, sentyabr ayında Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.
Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında "Barış pınarı" əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.
Terrorçulara qarşı əməliyyat davam edir.
Xəbər lenti
0