CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"TikTok"da narkotiki təbliğ edən 16 yaşlı yeniyetmə saxlanılıb

© AFP 2023 / GETTY IMAGES NORTH AMERICA / DREW ANGERERTikTok sosial şəbəkəsinin loqosu, arxiv şəkli
TikTok sosial şəbəkəsinin loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.
BAKI, 19 noyabr — Sputnik. Bir neçə gün öncə "TikTok" platformasında "ll@amid52" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.
O, valideynləri ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.
Xəbər lenti
0