Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

İstisu - soyuq duş effekti, italyan resepti və peyvənd vurdurmayanların siyahısı

© AR Ministry of Defenceİstisu qəsəbəsi
İstisu qəsəbəsi - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
“Sputnik Azərbaycan”ın 7x7 rubrikası həftənin ən maraqlı hadisələrini şərh edir
İstisu və soyuq duş effekti
Gevorq Sujyan adlı təlxək erməni bloger var idi. Müharibənin gedişində Kəlbəcərdə, İstisuda üzərək tezliklə Bakıya çatacağını, Xəzərə baş vuracağını deyirdi. Bir neçə gün sonra Gevorq “yoxa çıxdı”, sonra isə dediyi kimi də oldu – Bakıya “çatdı”. Amma öz xoşu ilə deyil və təbii ki, Xəzərə yox, DTX-nin dəmir barmaqlıqlarının arasına.
Bu, İstisudan sonra təkcə Gevorq üçün yox, erməni cəmiyyəti üçün də soyuq duş effekti oldu. Sonra dəmir yumruq onun kimilərinin başını əzdi və Ermənistan təslim aktını imzaladı.
İndi hərbçilərimizin postuna qumbara atan erməni terrorçu, görünür, başqa dünyada yaşayır.
Bu, erməni cəmiyyətinin revanşist kəsiminin növbəti müqavimətidir. Amma nə ilə, kimə qarşı?!
Azərbaycan hərbçiləri Şuşada - Sputnik Azərbaycan, 1920, 13.11.2021
QARABAĞ
Erməni terrorçu hərbçilərimizin üstünə qumbara atıb: Şuşa-Laçın yolu bağlanıb
Hər bir halda, sülh arzusunda olduğunu deyən İrəvan bu terror aktına görə cavab verməlidir. Həm də təkcə Bakıya yox, Moskvaya da. Çünki bu qumbara eyni zamanda Putinin imzasının üstünə düşüb.
İstanbul: tarixi şəhər
İllər idi ki, bəzi qüvvələr türkdilli ölkələrin vahid təşkilat şəklində birləşməsinə mane olmağa çalışırdılar. Ancaq bu müqavimət fayda vermədi. İstanbul növbəti dəfə tarixi şəhərə çevrildi: 2009-cu ildə yaradılan Türk Şurası Türkdilli Ölkələrin Təşkilatına çevrildi.
Bu gün türkdilli ölkələr faktiki olaraq nəhəng güc mərkəzidir: Zarafat deyil, 6 türk respublikasının birgə iqtisadiyyatı dünyanın 7-8-ci ən böyük iqtisadiyyatıdır. Türk respublikalarının ərazisi 4,7 milyon kvadrat metri əhatə edir və bu, Avrasiyanın 1/5-i deməkdir. Türk dünyasının ticarət dövriyyəsi isə təqribən 560 milyard dollara bərabərdir.
İtalyan resepti
Həftənin ən çox müzakirə olunan mövzularından biri futbol üzrə milli komandamızın cırtdan ölkəyə - Lüksemburqa da son oyunda məğlub olaraq qrup sonuncusu kimi DÇ-2022-nin seçmə mərhələsini özünəməxsus şəkildə başa vurması idi.
Komandamız heç bir oyunda qələbə qazanmadan, 1 xalla özünü “cırtdan”dan da betər apardı. Müqayisə üçün, Lüksemburq bu qrupu 9 xalla başa vurdu, hər iki oyunda da bizi əliboş yola saldı.
Millinin çalışdırıcısı Canni de Byazi isə deyəsən, bizi ələ salır. Sitat: “Yığmanın artıq özünəməxsus stili var”.
Azərbaycan millisinin futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2021
İDMAN
Millimizin bu il üçün son performansı: BOS-da dörd qol vuruldu
Yeri gəlmişkən, italiyalı məşqçi başqa bir müsahibəsində Azərbaycan dilini bilmədiyindən yerli mətbuatı izləmədiyini demişdi. Doğrudan da, yaxşı ki, dilimizi bilmirsiniz, cənab Byazi!
Peyvəndi dəqiq vurdurmusunuz?
Peyvənd sertifikatını hansısa əyri yollarla almısınızsa, adınızı siyahıda axtara bilərsiniz. Görün, Moskvada nə olub?
Rusiya paytaxtında yüzlərlə saxta peyvənd sertifikatı alan şəxsin məlumatları internetə sızdırılıb.
Bu arada ÜST bildirib ki, noyabrın 7-dək olan həftə ərzində Avropa regionunda COVID-19-dan ölüm halları 10 faiz artıb, ümumilikdə isə ölüm hallarının 55%-i Avropa ölkələrinin payına düşür. Ekspertlər düşünürlər ki, bu mənfi artımın səbəbi insanların vaksinə skeptik yanaşmasıdır.
COVID-19 pasportu - Sputnik Azərbaycan, 1920, 03.11.2021
SƏHİYYƏ
Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı
BMT-nin Qida Agentliyi isə dünyanın 43 ölkəsində aclıq təhlükəsi ilə üz-üzə qalan insanların sayının 45 milyona çatdığını bildirib. Bu artımda pandemiyanın da “əli” var.
Bircə sən çatmırdın
Hə, az idi dərdimiz, göydən də biri gəlir. NASA deyib ki, dekabrda Yer kürəsinə potensial təhlükəli, uzunluğu 330 metr olan asteroid yaxınlaşacaq.
Və sonda: ötən həftə polis Bakı-Sumqayıt qatarını daşlayan uşaqları saxlamışdı. Sosial şəbəkələrdə uşaqları, onların valideynlərini, müəllimlərini, bir sözlə, bütün yaxın ətrafını ağ yuyub-qara sərdik. Ancaq rəylərdən biri, bəlkə də daha ədalətli idi: “Uşaqları tənbeh edənlər, deyəsən, uşaqlıqdan ibadət əhlidir?!”
Xəbər lenti
0