DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Sputnik V" ilə peyvənd olunan turistlərə şad xəbər: İsrail qapılarını açır

© Sputnik / Павел Лисицын / Mediabanka keçidSputnik V
Sputnik V - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
Noyabrın 15-dən etibarən İsrail Rusiyanın "Sputnik" peyvəndini rəsmi olaraq tanıyır, hazırda ixtisaslaşmış mütəsəssislərdən ibarət peşəkar qruplar Rusiya və İsrail sistemlərinin sinxronizasiyası üzərində işləyirlər.
BAKI, 15 noyabr — Sputnik. "Sputnik V" peyvəndi ilə vaksin olunan turistlər giriş proseduranda yaranan texniki çətinliklər səbəbindən yalnız dekabrın 1-dən İsrailə daxil ola biləcəklər, eyni zamanda yəhudi dövləti isə bu vaksini noyabrın 15-dən rəsmi olaraq tanıyıb. Bu barədə Turizm Nazirliyi məlumat verib.
"Xarici turistlər üçün mövcud giriş proseduranda aşkar edilmiş texniki və hüquqi xarakterli çətinliklərlə əlaqəli olaraq, "Sputnik" ilə peyvənd olunmuş turistlərin ölkəyə girişi 01.12.2021-ci il tarixindən etibarən mümkün olacaq. O vaxta qədər sistemlərin sinxronizasiyası qurulacaq, hüquqi formul və öhdəliklər başa çatdırılacaq, giriş mexanizmi anlaşılmazlıqlar olmadan işləyəcək", - deyə Nazirliyin açıqlamasında bildirilib.
Məlumatda qeyd olunur ki, noyabrın 15-dən etibarən İsrail Rusiyanın "Sputnik" peyvəndini rəsmi olaraq tanıyır, hazırda ixtisaslaşmış mütəsəssislərdən ibarət peşəkar qruplar Rusiya və İsrail sistemlərinin sinxronizasiyası üzərində işləyirlər.
İsrail Turizm naziri Konstantin Razvozov oktyabr ayında RİA Novosti-yə bildirib ki, oktyabrın 15-dən "Sputnik V" peyvəndi ilə vaksin olunan turistlərin İsrailə buraxılması barədə qərar qəbul edilib, ancaq Rusiyanın COVID-19-a görə "qırmızı ölkələr" siyahısına daxil edilməsi qərarın icrasını bir neçə həftəyə təxirə sala bilər.
Ötən həftə hökumət dairələrinində mənbə RİA Novosti-yə açıqlama verib ki, "Sputnik V" ilə peyvənd olunmuş turistlər üçün noyabrın 15-dən etibarən İsrailə giriş barədə qərarı hələ də qüvvədə qalır. Eyni zamanda, İsrail Səhiyyə Nazirliyinin saytında COVID-19 ilə bağlı "qırmızı ölkələrin" siyahısı yenilənməyib – hazırda ölkələrin heç biri "qırmızı" deyil.
Turistlər peyvənd olunduqları və son 14 gün ərzində "qırmızı" ölkədə olmadıqları təqdirdə İsrailə daxil ola biləcəklər. Ancaq "Sputnik V" peyvəndi ilə vaksin olunanlar üçün dekabrın 1-dən ölkəyə giriş açıldıqda onlar hava limanında verə biləcəkləri seroloji testin nəticələri alınana qədər karantində olmalıdırlar.
Noyabrın 1-də İsrail ÜST tərəfindən təsdiqlənmiş və peyvənd olunmuş turistlər üçün sərhədlərini açıb. Təsdiqlənmiş siyahıya "Moderna", "Pfizer", "Johnson & Johnson – Janssen", "AstraZeneca", "Covishield, "Sinopharm" və "Sinovac" daxildir.
İsrail 2020-ci ilin mart ayında xarici turistlər üçün sərhədləri bağlayıb. 2021-ci ilin yanvar-fevral aylarında həmçinin geri dönən israillilər üçün də Ben Qurion adına hava limanı tamamilə bağlanmışdır. 2021-ci ilin may ayında ABŞ-dan 12 xristian zəvvardan ibarət ilk xarici turist qrupunun gəlişi barədə məlumat verilib. Bundan əlavə, peyvənd olunmuş xarici turistlərin iyulun 1-dən İsrailə özəl şəkildə daxil ola biləcəkləri gözlənilirdi, ancaq "delta" ştamının yayılması səbəbindən bu qərarın icrası təxirə salınıb.
Xəbər lenti
0