SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib
Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
BAKI, 12 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
Sputnik Azəraycan AZƏRTAC-a istinadən xəbər verir ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.
Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib
Президенту Ильхаму Алиеву вручен Высший орден тюркского мира
 - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib
Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib:
- Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib
Президенту Ильхаму Алиеву вручен Высший орден тюркского мира
 - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib
Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan xarı-bülbül türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.
Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.
Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.
Eləcə də oxuyun:
* Ərdoğan: Azərbaycanın Qarabağda qələbəsi bütün türk dünyası üçün anlam daşımaqdadır
* İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilir
* Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək - İlham Əliyev
Xəbər lenti
0