CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvarın 1-dən maaş və pensiyalar artırılacaq

© Sputnik / Elvin AhmadBankomat yaxınlığında insanlar, arxiv şəkli
Bankomat yaxınlığında insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
Abunə olmaq
2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunduğunu bildirən Samir Şərifov qeyd edib ki, bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcəsidir.
BAKI, 11 noyabr — Sputnik. Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əməkhaqqı və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilərkən deyib.
2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunduğunu bildirən Samir Şərifov qeyd edib ki, bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcəsidir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir.
Qeyd edək ki, dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan 4 qanun layihəsi – "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitədə baxılan büdcə zərfinə dair qanun layihələri yekdil qərarla Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq, əsasən minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur. Artımlar 1,8 milyon nəfəri əhatə edəcək.
Xəbər lenti
0