Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Külək Bakıda fəsadlar törətdi: xəsarət alanlar var

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
BAKI, 10 noyabr - Sputnik. Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilir.
Üç kişi, dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Həmçinin bu gün axşam saatlarında Səbail rayonu ərazisində hərəkətdə olan yük avtomobili güclü küləyin təsirindən minik avtomobilinin üzərinə aşıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.
Şəhərin bəzi hissələrində küçələrdə ağaclar aşıb. "Azadlıq prospekti" metro stansiyasının yaxınlığındakı geyim mağazasının isə şüşə qapıları sınıb.
Xəbər lenti
0