Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azəriqaz" Qubadakı sahibkarların problemlərini dinləyəcək

© Photo : AzeriGas Production Union"Azəriqaz" İB-nin binası, arxiv şəkli
Azəriqaz İB-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
"Səyyar qəbul otağı" noyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə Quba rayonunda təşkil olunacaq.
Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, "Azəriqaz"ın rəhbər şəxsləri rayonun Timiryazev qəsəbəsində (Müalicə Diaqnostika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı" noyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Xəbər lenti
0