QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddən "dəmir yığanlar" saxlanılıb

© AR Ministry of Internal AffairsPolis əmkdaşı, arxiv şəkli
Polis əmkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.
BAKI, 6 noyabr — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabr ayının 6-da saat 3 radələrində Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda "Shacman" markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova "saxla" işarəsi verilib.
Nəqliyyat vasitəsinə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.
Həmçinin oxuyun:
Paytaxtda 12 cibgir saxlanılıb
Xəbər lenti
0