Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bayramovla Əmir-Abdullahian arasında telefon danışığı olub

© MFA AzerbaijanXarici işlər naziri Ceyhun Bayramov
Xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Azərbaycanlı nazir həmkarına möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzulayıb.
BAKI, 6 noyabr - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramovla onun iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə azərbaycanlı nazir “Twitter” hesabında paylaşım edib.
“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə paylaşımda bildirilir.
Həmçinin oxuyun:
Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Xəbər lenti
0