Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıdakı 47 nömrəli məktəbdə əyani tədris dayandırılıb

© REUTERS / AMIT DAVEДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива  - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Məktəbin 25 şagirdi və 4 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
BAKI, 1 noyabr — Sputnik. Bakıda yerləşən 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Bu müddət ərzində tədrisin davamlılığı distant formada davam etdiriləcək.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Xəbər lenti
0