DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın bundan sonra terror təşkilatlarına dəstək verməyəcəyinə inanıram - Ərdoğan

© AP Photo / J. Scott ApplewhiteVaşinqtonda Ağ Ev, arxiv şəkli
Vaşinqtonda Ağ Ev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.
BAKI, 31 oktyabr - Sputnik. Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik.
Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.
ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.
Türkiyə Prezidenti vurğulayıb ki, görüşdən sonra prosesin bu şəkildə davam edəcəyinə ümid etmir:
“Bu dəstəklərin NATO ölkəsi olaraq Türkiyədə yaratdığı üzüntüləri dilə gətirdik və ABŞ-la bu məsələnin həmrəyliyimizə xələlə gətirdiyini bildirdik. Təhlükəsizlik baxımından müdafiə nazirlərimizin əlaqələrini gündəmə gətirdik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenin rəsmi Ankaranın yeni F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını da qeyd edib.
"Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi", - Ərdoğan deyib.
Həmçinin oxuyun:
G20 sammiti iqlim dəyişikliyinə qarşı mübarizə ümidlərini doğrultmadı - Quterreş
Buzları əritməli: Türkiyə və Fransa liderləri görüşdülər
Ərdoğan və Bayden Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Xəbər lenti
0