CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"NƏSİLLƏRİN GÖRÜŞÜ" - iki müharibənin qəhrəmanları bir arada

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
BAKI, 29 oktyabr — Sputnik. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və “Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları” Təşkilatının təşkilatçılığı ilə "NƏSİLLƏRİN GÖRÜŞÜ" adlı tədbir keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyindən məlumat verilib.
Məlumatda deyilir ki, "İydə parfum"un tərəfdaşlığı ilə baş tutan tədbir 8 noyabr - "Zəfər günü"nə həsr olunub.
Əvvəlcə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.
Qeyd olunur ki, sənədə uyğun olaraq, gələcəkdə Şəhid ailələri, Qazilər, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə birgə ictimai təşəbbüslər layihə və tədbirlər uğurla davam etdiriləcək.
Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev, İctimai birliyin sədr müavini Məcid Məmmədov, icraçı direktoru Zamin Zeynal, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Fatma Səttərova, sədr müavini Cəlil Xəlilov, İydə parfumun rəhbərliyi, Qazilər, Müharibə iştitakçıları iştirak edərək çıxış ediblər.
Birlik rəsmiləri çıxış edərək qeyd ediblər ki, Azərbaycan tarixinə qızıl hərflərə həkk edilmiş 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, cəsarətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında fədakar Azərbaycan ordusu tarixi, əbədi, əzəli Azərbaycan məxsus olan Qarabağ torpalarımızı, düşmənin istilasından azad etməyə müvəffəq olmuşdur. Bu gün hər bir vətəndaş cəmiyyəti təsisatı milli, vətənpərvər ruhda birlik, həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın daha böyük Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü, uğurlu, daxili və xarici siyasətinə öz ictimai, siyasi töhfəsini verməlidir.
Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı ilə birgə belə bir tədbiri gerçəkləşdirməkdə məqsəd Dövlət Başçısının şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə bağlı gördüyü uğurlu işlərə birgə fəaliyyət çərçivəsində ictimai təkan olmaqdır.
Qeyd edək ki, tədbirdə vətənpərvər fəaliyyətinə və vətənə ləyaqətlə xidmətinə görə bir qrup müharibə əlili və iştirakçısı fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Xəbər lenti
0