Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda neçə sinif distant təhsilə keçib? Nazirlik rəqəmləri açıqladı

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Bakıda həmçinin koronavirusun yayılmasına görə oktyabrın 29-da distant təhsilə keçən 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib. Bu isə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.
Bakıda həmçinin koronavirusun yayılmasına görə oktyabrın 29-da distant təhsilə keçən 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
Sputnik Azərbaycan-a bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb. Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Məlumat üçün bildirək ki, Azərbaycanda sentybarın 22-dən aşağı siniflərdə (I-IV), sentybarın 29-dan isə yuxarı siniflərdə (V-XI), ali məktəblərdə və kolleclərdə ənənəvi tədris bərpa edilib.
Xəbər lenti
0